Nərimanov rayonunda iki avtomobil yanıb

Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. 

Fövqəladə Hallar Nazirliyindən  "Report"a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin ön hissəsi qarsalanıb və ümumi sahəsi 400 m² olan tikilinin plastikdən ibarət giriş qapısı əriyib. 

Tikilinin və hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45