Neftçala. 1 iyul. REPORT.AZ/ Neftçala rayonunda özünü Kür çayına ataraq intihar edən 19 yaşlı qadının meyiti tapılıb.
“Report”un Aran bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri meyiti bu gün səhər saatlarında sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, iyulun 1-də saat 19:00 radələrində Neftçala rayonunun Birinci Qaralı kənd sakini Şəfa Şakir qızı Məmmədova özünü Kür çayına ataraq intihar edib.