Neftçalada orta yaşlı şəxs bıçaqlanıb

Neftçala. 1 noyabr. REPORT.AZ/ Neftçala şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü yerli sakin Məmmədov Təbriz Tahir oğlu bədəninin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. T.Məmmədovun bıçaqlandığı bildirilsə də, hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Qubada kafenin kababçısı müştərini bıçaqlayıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41