Neftçalada motosiklet divara çırpılıb, ölən var

Neftçalada motosiklet daş lövhəyə çırpılıb.

"Report" xəbər verir ki, 1979-cu il təvəllüdlü Fərəcov Ərziman Məmmədtağı oğlu sürücülük hüququ olmadan idarə etdiyi "Planet 5" markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Aşağı Surra kəndi ərazisində idarəetməni itirərək yolun kənarında olan daş lövhəyə çırpılıb.

Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26