Neftçalada yol qəzası olub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Ağaşirin Cəfərov küçəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, rayonun Bankə qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bayramov Nizami Firudin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.