Neftçalada avtomobillər toqquşdu, xəsarət alanlar var

Neftçala rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Neftçala-Salyan avtomobil yolunun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ-2115” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2115”də olan Neftçala rayon sakinləri - 1978-ci il təvəllüdlü Abdullayev Səməd Mirələkbər oğlu və 1978-ci il təvəllüdlü Mənəfov Sadiq Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39