Neftçala sakini özünü hamamda asıb

Neftçala. 4 aprel. REPORT.AZ/ Neftçala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov həyətdəki hamamdan özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47