Neftçala sakini atdan yıxılaraq xəsarət alıb

Neftçala. 3 sentyabr. REPORT.AZ/ Neftçalada 23 yaşlı gənc atdan yıxılaraq xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Səfərov Təhmasib Valeh oğlu at çaparkən yerə yıxılaraq xəsarət alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41