Naxçıvan sakini avtomobillə qəza törədib, bir nəfər ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda yol qəzası baş verib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Daylaqlı kəndində Naxçıvan şəhər sakini Məhərrəm Əliyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən kənd sakini Ramin Novruzovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41