Naxçıvan şəhərində baş verən zəncirvari qəzada marşrut avtobusu dörd avtomobilə çırpılıb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhərin İstiqlal küçəsində marşrut avtobusu idarəetmədən çıxaraq əvvəlcə "Opel" markalı avtomobillə toqquşub.
Daha sonra avtobus yol kənarında dayanmış "NAZ-Lifan", "Toyota" və "Changan" markalı avtomobillərə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.