Naxçıvanda rabitə idarəsindən oğurluq olub

Naxçıvanda idarədən oğurluq olub.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Naxçıvan DİN Hava Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də şəhər Rabitə İdarəsinin anbarından 5 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Coşqun Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər