Naxçıvanda piyada ölümü ilə nəticələnən avtoqəza olub

Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Belə ki, dumanlı havada 67-BL-794 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci il təvəllüdlü İsmayılov Abbas Novruz oğlunu vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46