Nehrəmdə hasar uçub, bir nəfər ölüb

Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.

Məlumata görə, iritonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub. Nəticədə 2000-ci il təvəlüdlü Vəliyev Qurban Cəfər oğlu uçqun altında qalaraq ölüb.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30