Naxçıvanda ana və iki qızı dəm qazından zəhərlənib

Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və qızları 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı və 2011-ci il təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, R.Rəsulova Naxçıvan televiziyasının əməkdaşıdır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41