Naxçıvanda avtomobil yolunda uçqun olub

Naxçıvanda avtomobil yolunda uçqun olub.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Əraziyə Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36
Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31