Naxçıvanda avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb

Naxçıvanda avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Zeynəddin kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, "Qaz 24-10" markalı avtomobil Zeynəddin kənd sakini, 1939-cu il təvəllüdlü Almaz Məmmədovanı vurub və hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü Z.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Xəsarət alan A.Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59