​Naxçıvana uçan təyyarə nasazlıq səbəbindən Bakıya qayıdıb

Bakı. 15 İyun. REPORT.AZ/ 2015-ci il iyunun 15-də Bakı-Naxçıvan marşrutu üzrə "AHY-255" reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yaxın vaxtlarda ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47