Naxçıvan şəhərində baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb

Naxçıvan şəhərinin 21-ci məhəlləsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mercedes" və "Ssang Yong" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı və 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47