Naxçıvanda yol qəzası olub, xəsarət alan var

Naxçıvanın Tumbul kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı yük və minik avtomobilləri toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47