Naxçıvan sakini tapdığı tapançanı polisə təhvil verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Naxçıvan şəhər sakini M.Əliyev tapdığı “Makarov” markalı tapançanı könüllü olaraq Naxçıvan MR DİN-ə təhvil verib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bundan əlavə, aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Alar kənd sakini Ramin Rəsulov müvafiq sənədləri olmayan “TOZ-50” markalı tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50