Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb. Abşeron Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Vasif Quliyevdən 2 kiloqram 230 qram marixuana götürülüb. V.Quliyev narkotik maddələrin bir hissəsini Şəmkir rayonundan yabanı halda bitən çətənə kollarından yığdığını bildirib. 

Faktla bağlı V.Quliyev barəsində cinayət işi başlanılıb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54