​Naməlum şəxs Bakı sakininin çənəsini sındırıb

Bakı. 29 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda xuliqanlıq hadisəsi baş verib.

“Report”əldə etdiyi məlumata görə, hadisə N.Tusi küçəsi, ev 2-nin qarşısında qeydə alınıb.

Orada naməlum şəxs Bakı şəhər sakini 1990-ci il təvəllüdlü Taleh Mehdiyevi döyərək çənəsini sındırıb.

T.Mehdiyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47