Naftalanda piyadanı avtomobil vuraraq öldürüb 

Naftalan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Naftalan şəhərində 1981-ci il təvəllüdlü Sənurə İmanini avtomobil vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54