Naftalanda mənzildən 53 yaşlı qadının meyiti tapılıb

Naftalan şəhərində 53 yaşlı qadın yaşadığı mənzildə dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Naftalanda mənzillərdən birində, 1971-ci il təvəllüdlü Azadə Babayevanın meyiti aşkarlanıb.

Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47