Nabranda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Nabranda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Xudat-Nabran yolunda qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan 77-PU-382 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan 2014-cü il təvəllüdlü Əhmədov Rəsul Rəşad oğlu və 1987-ci il təvəllüdlü Əhmədova Səbinə Cahangir qızı xəsarət alıblar.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45