Muqabe Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi bazar günü keçirilən xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47