Münaqişə zəminində bir-birini bıçaqlayan iki nəfərdən biri ölüb

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün paytaxtın Binəqədi qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi qəsəbə sakinləri Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib və S.Manafov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47