Mingəçevirdə yol qəzası olub, xəsarət alan var

Mingəçevir. 7 aprel. REPORT.AZ/ Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

Küçədə hərəkətdə olan "Mercedes" və BMW markalı avtomobillər toqquşub. Toqquşma zamanı BMW-də olan sərnişin, 1996-cı il təvəllüdlü Həmidova Pərvanə Azər qızı xəsarət alıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər