Mingəçevirdə yaşayış binasında yanğın olub, 1 nəfər ölüb, 4-ü tüstüdən zəhərlənib

Mingəçevir. 12 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb. 

Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb. 

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48