Mingəçevirdə üç avtomobil toqquşub, onlardan biri ət dükanına girib - FOTO

Mingəçevir. 25 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində zəncirvari avtomobil qəzası baş verib.

”Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, “İnfiniti”, “VAZ-21010” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “İnfiniti” markalı avtomobil yol kənarındakı ət dükanına girib. Qəzada ölən və yaralanan olmayıb. Ancaq avtomobillərə və dükana ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47