Mingəçevirdə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

Mingəçevir. 21 iyun. REPORT.AZ/ Mingəçevir şəhəri, Xaldan şossesində zəncirvari qəza baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, “VAZ-2107” və “Niva” markalı avtomobillər toqquşub. Daha sonra hər iki avtomobil dayanacaqda dayanmış sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü Mingəçevir şəhər sakini 1997-ci il təvəllüdlü Əliyev Elamin Hidayət oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51