Mingəçevirdə piyadanı maşın vurub

Mingəçevir. 6 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Səməd Vurğun küçəsində yolu keçmək istəyən 1971-ci il təvəllüdlü şəhər sakini İmanov Füzuli Bəhram oğlunu “VAZ-2106” markalı avtomobil vuraraq ağır xəsarət yetirib.

Yaralı təcili şəhər xəstəxanasına çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər