Mingəçevirdə mənzil qarət edən yeniyetmə saxlanılıb

Mingəçevir şəhərində mənzil qarət olunub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, şəhər sakini rayon Polis şöbəsinə müraciət edərək mənzildən pul və mobil telefon oğurlandığını bildirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən yeniyetmə oğlan saxlanılıb.

Yevlax rayon sakini olan şəxs istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Digər xəbərlər