Mingəçevirdə maşın idarəetmədən çıxaraq dəmir maneəyə çırpılıb

Mingəçevir. 10 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Mingəçevir-Bahramtəpə avtomobil yoluna çıxış hissəsində baş verib.

İdarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil qəza törədib. Maşın yol kənarındakı yaşıllıqların mühafizəsi üçün quraşdırılmış dəmir mühafizə hasarına çırpılıb. Nəticədə Yevlax rayonundan olan 1987-ci il təvəllüdlü sürücü Quliyev Zahid Köçəri oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47