Mingəçevirdə mağazadan 1400 manatlıq geyim əşyaları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 1400 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini T.İsgəndərova və Ağstafa rayon sakini İ.Qasımova saxlanılıblar.