Mingəçevirdə iki maşın toqquşub, xəsarət alanlar var

Mingəçevir. 11 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, “VAZ-21099” markalı avtomobil Sənaye Parkının yaxınlığında “Mitsubishi” markalı maşınla toqquşub.

Nəticədə biri yüngül olmaqla iki nəfər xəsarət alıb. Xəsarəti ağır olan 1986-ci il təvəllüdlü Yevlax rayon Qaraoğlan kənd sakini Adıgözəlov Səxavət Əhliman oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər