Mingəçevirdə iki maşın toqquşub, xəsarət alan var

Mingəçevir. 16 noyabr. REPORT.AZ/ Mingəçevirdə “VAZ-21015” və “Opel” markalı avtomobillərin iştirakı ilə yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Səməd Vurğun meydanında qeydə alınmış qəza nəticəsində "VAZ"ın 1983-cü il təvəllüdlü sürücüsü, Yevlax şəhər sakini Məhəmməd Quliyev sifət nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun başı zərbədən maşının alın şüşəsinə çırpılıb və şüşə tamamilə qırılıb. Hadisə yerinə gələn "təcili yardım" heyəti yerində yaralı şəxsə tibbi yardım göstərib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48