Mingəçevirdə göldə batan gənc xilas edilib

Mingəçevir. 20 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində göldə batan gənc xilas edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir çimərliyində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Əli Nurəddin oğlu Səlimxanov göldə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Bu zaman Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək sahilə çıxarılıb və ona ilkin tibbi yardım göstərilib.  

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41