Mingəçevirdə gənc oğlan sirkə turşusundan zəhərlənib

Mingəçevir. 28 fevral. REPORT.AZ/ Mingəçevir sakini zəhərlənib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Samux küçəsi yaxınlığındakı yaşayış massivində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü şəhər sakini Yunis Əflatun oğlu Qubadzadə sirkə turşusu içərək zəhərlənib. O, xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisə yanlışlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər