Mingəçevirdə avtomobil iki piyadanı vurub, bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü Zöhrə İsmayılova və 1968-ci il təvəllüdlü Firəngiz Əhmədovanı avtomobil vurub.
Zərərçəkənlərdən F.Əhmədova aldığı xəsarətdən ölüb.
Digər yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.