Mingəçevirdə avtomobil bir ailənin 3 üzvünü vurub

Mingəçevir şəhərində avtomobil bir ailənin 3 üzvünü vurub. 

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevirdə yolu qarşı tərəfə keçmək istəyən 1989-cu il təvəllüdlü S.Yusibova, 2014-cü il təvəllüdlü G.Yusibova və 2013-cü il təvəllüdlü R.Yusiblini avtomobil vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.  

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36