Mingəçevirdə 59 yaşlı kişi intihar edib

Bakı. 20 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, 1958-ci il təvəllüdlü Rüfət Aslanov özünü yaşadığı yataqxanada asaraq intihar edib.

R.Aslanov Ağdam rayonundan məcburi köçkün düşüb. O, Mingəçevirdə yataqxanada məskunlaşıbmış.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47