Mingəçevirdə 55 yaşlı qadını maşın vurub

Mingəçevir. 14 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində, Toxuculuq Kombinatı kimi tanınan ərazinin qarşısında qeydə alınıb.

Həmin prospektdə yaşayan 1962-ci il təvəllüdlü şəhər sakini Rəsulova Kamilə Bəkir qızını yolu keçmək istəyən zaman maşın vuraraq ağır xəsarət yetirib.

Əldə edilən ilkin məlumata əsasən, qəzanı törədən “VAZ-2106" markalı avtomobil olub. Yaralı K.Rəsulova təcili şəhər xəstəxanasına çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47