Mingəçevir şəhəri ərazisində 4 il əvvəl törədilən cinayət hadisəsinin üstü açılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girən 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər.
Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.