Mingəçevir su anbarında boğulma hadisəsi olub - YENİLƏNİB-2

Mingəçevir. 29 avqust. REPORT.AZ/ Mingəçevirdə itkin düşən 24 yaşlı gəncin suanbarında çimərkən batdığı məlum olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara su anbarında axtraışlara başlayıb. 


***16:23

Mingəçevir. 29 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində itkin düşdüyü bildirilən 24 yaşlı gəncin su anbarında batdığı ehtimal edilir. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam edir. 


***15:01

Mingəçevir. 29 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində 24 yaşlı gənc itkin düşüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhər sakini,1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlu evdən çıxaraq naməlum  istiqamətə gedib. Ailəsi onunla əlaqə saxlamağa çalışsa da mümkün olmayıb. Ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48