Bakı. 2 aprel. REPORT.AZ / Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşı Mahir Pənahovun qırx mərasimi aprelin 4-də keçiriləcək.
“Report”un xəbərinə görə, yas mərasimi Bakıda “Təzə Pir” məscidində olacaq.
Qeyd edək ki, M.Pənahov uzun sürən xəstəlikdən sonra 58 yaşında dünyasını dəyişib, fevralın 24-də Tovuzda dəfn edilib. O, Vergilər Nazirliyində çalışırdı.