Metroda cibgirlik edən şəxs saxlanılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Metroda cibgirlik edən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olduğu müəyyənləşib. Eyni zamanda onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurladığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47