Mərdəkanda kişi bıçaqlanıb

Xəzər rayonunun Mərdəkan qəsəbəsindən paytaxt sakini Elşad Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54