Mərdəkanda 18 yaşlı gənci avtomobil vurub

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 2005-ci il təvəllüdlü Allahverdiyev Röyal Elvin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39