Qaraçuxurda mənzildən 30 min dollarlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 3 mart. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonunda mənzildən 30 min dollarlıq qızıl-zinət əşyaları oğurlanıb. “Report”un xəbərinə görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə, Nizami İsmayılov küçəsi ev 115-də yaşayan 33 yaşlı Qabil İsmayılovun evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 30 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47